Cüdo üzrə Azərbaycan Çempionatı başa çatdı

Cüdo üzrə Azərbaycan Çempionatı başa çatdı
Bakı İdman Sarayında Cüdo üzrə Azərbaycan Çempionatı keçirilib.

Sport7.az xəbər verir ki, FHN İdman-sağlamlıq Klubunun idmançıları Cüdo üzrə Azərbaycan Çempionatında uğurla çıxış edib.

Çempionatda kişilər və qadınlardan ibarət 55 komanda olmaqla 415 idmançı iştirak edib. 60 kq çəki üzrə yarışan cüdoçular arasında Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq klubunu təmsil edən Sadıq Məhərrəmov 3-cü yerə layiq görülüb.

İdman-sağlamlıq Klubunu təmsil edən cüdoçular yarışda məşqçi Taleh Sadıqovun rəhbərliyi ilə iştirak ediblər. Usta cüdoçuların yarışına 27 komanda və 94 iştirakçı qatılıb. Yarışda Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Klubunun əməkdaşı, İdman-təlim şöbəsinin məşqçi müəllimi Rasim Babayev 90 kq çəkidə 1-ci yerə layiq görülüb. İdman-sağlamlıq klubunu təmsil edən Taleh Babayev 100 kq çəkidə 5-ci yeri tutub.
 
Sport7.az

Xəbər lenti