Cüdoçularımız açıq havada məşqləri davam etdirir

Cüdoçularımız açıq havada məşqləri davam etdirir

Cüdo üzrə kişilər və qadınlardan ibarət Azərbaycan millisinin üzvləri açıq havada təlim-məşq prosesini davam etdirirlər.

Sport7.az xəbər verir ki, məşqlər pandemiya qaydalarına ciddi əməl olunmaqla gündə iki dəfə təşkil olunur.

Baş məşqçilər Ruslan Maşurenko və Rəşad Məmmədovun rəhbərlikləri altında keçirilən hazırlıq prosesində millinin bütün aparıcı üzvləri iştirak edir.

Beynəlxalq Cüdo Federasiyasının son açıqladığı təqvim planına uyğun olaraq, oktyabrda Macarıstanın paytaxtı Budapeştdə Qran-pri, gələn ilin yanvar ayında isə Qətərdə nüfuzlu "World Masters” beynəlxalq yarışlarının keçirilməsi nəzərdə tutulub. Həmçinin Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə noyabrda Çex Respublikasında Avropa çempionatının keçirilməsi planlaşdırılır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR