Cüdoçularımız iki medal qazandı

Cüdoçularımız iki medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə "Böyük Dəbilqə” beynəlxalq turnirə start verilib.
 
Sport7.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi aktivinə bir medal yazdırıb. 66 kq çəki dərəcəsində yarışan Orxan Səfərov Almaniya, İsrail, Rusiya, Qazaxıstan və Kuba idmançılarına qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada İtaliya təmsilçisi Manuel Lombardoya uduzan Orxan "Böyük Dəbilqə"nin gümüş medalına sahib olub.
 
Azərbaycanın qadın cüdoçusu Aleksandra-Larisa Florian Abu-Dabidə bürünc medal uğrunda görüşə çıxıb. 57 kq çəkidə yarışan təmsilçimiz Cənubi Koreyalı Kim Can Di ilə üz-üzə gəlib. Cüdoçumuz rəqibinə məğlub olaraq beşinci yerlə kifayətlənib.
 
Azərbaycan millisi yarışa 10 kişi və 5 qadın cüdoçu ilə qatılıb. Onlardan Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq) və Nicat Şıxəlizadə medal qazanmaq şanslarını itiriblər.
 
Oktyabrın 29-da "Böyük Dəbilqə” turnirində cüdoçularımız Rüstəm Orucov (73 kq), Hidayət Heydərov, Fəqan Quluzadə (hər ikisi - 81 kq) mübarizəyə qoşulacaqlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR