Böyük Dəbilqə: Cüdoçularımız son gündə də medalsız qaldılar

Böyük Dəbilqə: Cüdoçularımız son gündə də medalsız qaldılar

Azərbaycan cüdoçuları Məmmədəli Mehdiyev və Zelim Kotsoyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqənin son günündə bürünc medal görüşünə çıxıb.

Sport7.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyev Gürcüstan təmsilçisi Beka Gviniaşvili ilə üz-üzə gəlib. İpponla uduzan Mehdiyev medal şansını əldən verib və 5-ci olub.

100 kq-dakı Zelim Kotsoyev isə bürünc medal uğrunda rusiyalı Niiaz İliasovla qarşılaşıb. O da Mehdiyev kimi məğlub olub və turniri 5-ci pillədə başa vurub.

Bu gün tatamiyə çıxan cüdoçulardan +100 kq-da Uşangi Kokauri Ben Spiykersə (Niderland), Camal Feyziyev isə Serafim Kompanyesə (İsrail) məğlub olub.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb. 66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub. Yığma ikinci günü medalsız başa vurub.
 
XXX
 
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.

Sport7.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı İspaniyanı təmsil edən Nikoloz Şerazadişvili ilə üz-üzə gəlib.

Qarşılaşmadan məğlub ayrılan Mehdiyev finala vəsiqə qazana bilməyib və üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

100 kq-dakı Zelim Kotsoyev də bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, ardıcıl olaraq Boris Georgiyev (Bolqarıstan) və Toma Nikiforovu (Belçika) mübarizədən kənarlaşdırıb. 1/4 finalda Onise Saneblidzenin (Gürcüstan) müqavimətini qıra bilməyib Kotsoyev təsəlliverici görüşdə Tomas Brisenyodan (Çexiya) üstün olub. Eyni çəkidəki Elmar Qasımov İoakim Dvarbiyə (İsveç) qalib gəlsə də, 1/8-də Onise Saneblidzeyə uduzub.

Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə Beka Gviniaşvili (Gürcüstan) ilə, Zelim Kotsoyev isə Niiaz İliasovla (Rusiya) görüşəcək.

+100 kq-da Uşangi Kokauri Ben Spiykersə (Niderland), Camal Feyziyev isə Serafim Kompanyesə (İsrail) məğlub olub.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb. 66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub. Yığma ikinci günü medalsız başa vurub.
 
Fanat.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR