Cüdoçularımızdan 3 medal

Cüdoçularımızdan 3 medal
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

Sport7.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində mübarizə idmançı bürünc medal uğrunda görüşdə çinli Yan Vanqı məğlub edib.

Qeyd edək ki, Məmmədəli Mehdiyev (90 kq) bürünc, Elmar Qasımov (100 kq) isə gümüş medala sahib olub.

18:16***
 
Azərbaycan cüdoçusu Elmar Qasımov Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən Böyük Dəbilqə turnirində gümüş medal qazanıb.

100 kq çəki dərəcəsində yarışan 27 yaşlı idmançı həlledici görüşdə israilli Piter Palçiki məğlub edə bilməyib. Qasımov əlavə vaxtda rəqibinə uduzub.

Qeyd edək ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bürünc medala sahib olub. Azərbaycanın digər təmsilçilərindən qadın cüdoçu İrina Kindzerska (+78 kq) da bürünc medal uğrunda görüşə çıxacaq. O, çinli Yan Vanqla üz-üzə gələcək.

17:19***

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

90 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı son təsəlliverici görüşdə yerli cüdoçu Toma Serciunu ipponla məğlub edib. Bu, Mehdiyevin Böyük Dəbilqə turnirlərində ilk medalıdır. 

Qeyd edək ki, Azərbaycanın digər təmsilçilərindən qadın cüdoçu İrina Kindzerska (+78 kq) da bürünc medal uğrunda görüşə çıxacaq. O, çinli Yan Vanqla üz-üzə gələcək. Elmar Qasımov (100 kq) isə qızıl medal uğrunda israilli Piter Palçiklə üz-üzə gələcək. 
 
Sport7.az


Xəbər lenti