Həmyerlimiz Avropa çempionu oldu

Həmyerlimiz Avropa çempionu oldu

Çexiya Respublikasının Praqa şəhərində cüdo üzrə Avropa çempionatı start götürüb.
 
Sport7.az xəbər verir ki, nüfuzlu yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Cüdoçumuz Orxan Səfərov (66 kq) İtaliya, Slovakiya, Almaniya, Serbiya və İsrail cüdoçularını məğlub edərək Avropa çempionu adını qazanıb. Mükafatlandırma mərasimində qızıl medalı qəbul edən Azərbaycan cüdoçusunun şərəfinə üçrəngli bayrağımız qaldırılıb, dövlət himnimiz səsləndirilib.
 
Avropanın 40 ölkəsindən 345 cüdoçunun qüvvəsini sınadığı qitə çempionatına noyabrın 21-də yekun vurulacaq.
 

 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR