Cüdoçumuz Daşkənddə bürünc medal qazandı

Cüdoçumuz Daşkənddə bürünc medal qazandı

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev(-90 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirinin son yarış günündə bürünc medal qazanıb.
 
Sport7.az xəbər verir ki, millimizin üzvü 3-cü yer uğrunda qarşılaşmada Özbəkistan cüdoçusu Şermuhammed Jandreyevi məğlub edib.
 
Daşkənd turnirinin üçüncü günü millimizin daha 2 üzvü tatami üzərinə çıxıb. Uşangi Kokauri(+100 kq) 5-ci yeri tutub, Aslan Mirzəyev(-100 kq) isə ilk görüşdə uduzub. Beynəlxalq yarışın 2-ci günü Rüstəm Orucov(-73 kq) millimizə bürünc medal qazandırıb.
 
Cüdo millimiz yarışa 10 kişi və 2 qadın idmançı ilə qatılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR