Cüdoçumuz dünya reytinqində birincidi

Cüdoçumuz dünya reytinqində birincidi

Beynəlxalq Cüdo Federasiyası reytinq siyahısını açıqlayıb. 

Sport7.az xəbər verir ki, yeni cədvəl Azərbaycan millisinin üzvləri üçün uğurlu alınıb. 

Belə ki, təmsilçilərimizdən 7-si "Top-20”də yer alıb. Onlardan ən yaxşı nəticə yığmamızın lideri Rüstəm Orucova məxsusdur. O, 73 kq çəki dərəcəsində dünyanın ən güclüsüdür. Birinci yerdə qərarlaşan Olimpiya mükafatçımız 5900 reytinq xalına malikdir. R.Orucovun millidəki əsas rəqibi Hidayət Heydərov 6-cı pillədə qərarlaşıb. 

100 kq çəki dərəcəsində də iki cüdoçumuz "20-lik”də yer alıb. Elmar Qasımov 11-ci olduğu halda, Zelim Kotsoyev "20-liy”i qapayır. 

Digər cüdoçularımızdan İrina Kindzerska (+78 kq) 4-cü, Məmmədəli Mehdiyev (90 kq) 5-ci və Uşanqi Kokauri (+100) 14-cü yerdədir. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR