DÇ-2018: 1/8 final mərhələsinin cütləri bəllidi

DÇ-2018: 1/8 final mərhələsinin cütləri bəllidi
Rusiyada təşkil olunan DÇ-2018-də qrup mərhələsinə yekun vurulub.
 
Sport7.az xəbər verir ki, bu gün baş tutan oyunlardan sonra yola davam edəcək 16 komandanın hamısının adına aydınlıq gəlib. Bu da o deməkdi ki, mundialın 1/8 final mərhələsində qarşılaşacaq cütlər də müəyyənləşib. 
 
Birgünlük fasilədən sonra davam edəcək yarışın bu mərhələsinin matçlarına 4 gün ərzində yekun vurulacaq.

DÇ-2018

1/8 final

30 iyun

18:00. Fransa – Argentina
22:00. Uruqvay – Portuqaliya

1 iyul

18:00. İspaniya – Rusiya
22:00. Xorvatiya – Danimarka

2 iyul

18:00. Braziliya - Meksika
22:00. Belçika – Yaponiya

3 iyul

18:00. İsveç – İsveçrə
22:00. Kolumbiya – İngiltərə
 
Sport7.az

Xəbər lenti