DÇ-2018: Belçika dünya 3-cüsü oldu

DÇ-2018: Belçika dünya 3-cüsü oldu
Rusiyadakı dünya çempionatını sona yaxınlaşır. Bu gün bürünc mükafatçısı müəyyənləşəcək.

Sport7.az xəbər verir ki, 3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə milliləri üz-üzə gələcək. Bu komandalar DÇ-2018-də ikinci dəfə qarşılaşacaqlar. Eyni qrupda yer almış iki ölkənin duelində Belçika qalib olmuşdu - 1:0.

"Qırmızı şeytanlar" 1/8 finalda Yaponiya, 1/4 finalda isə beşqat dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb. Roberto Martinesin baş məşqçi olduğu kollektiv yarımfinalda Fransa səddini keçə bilməyib.

İnglitərə isə 1/8 finalda Kolumbiya, 1/4 finalda İsveçdən güclü olub. Britaniyalılar finala gedən yolda Xorvatiya ilə bacarmayıb. 

DÇ-2018, 14 iyul 

3-cü yer uğrunda oyun

18:00. Belçika – İngiltərə 2:0

Baş hakim: Alireza Faqani (İran) 

Sankt-Peterburq. "Sankt-Peterburq" stadionu stadionu

Sport7.az
 

Xəbər lenti