DÇ-2018-də bomba həyəcanı

DÇ-2018-də bomba həyəcanı
Rusiyada keçirilən Dünya çempionatı daha bir bomba həyəcanı ilə gündəmə gəlib. 

Sport7.az xəbər verir ki, Kremlin sarayının yaxınlarında sahibsiz tapılan çantada bomba olduğu deyilib. 

Polis əməkdaşları bu xəbərdən sonra həmin əraziyə gəlib və axtarışlar başlanıb. Polis itləri mağazının önündə olan çantanı yoxlayıb. 

Xatırladaq ki, ötən həftə bir nəfər hava limanına girərkən üzərində bomba olduğunu söyləyib və həbs olunub. 
 
Sport7.az

Xəbər lenti