DÇ-2018-də danışılmış oyun - FOTO-VİDEO

DÇ-2018-də danışılmış oyun - FOTO-VİDEO
DÇ-2018-in seçmə mərhələsinin cənubi Amerika zonasında danışılmış oyun qalmaqalı yaşanıb.

Sport7.az xəbər verir ki, Kolumbiyanın səfərdə Peru ilə heç-heçə (1:1) oynadığı matçda şübhəli məqamlar diqqət çəkib.

Kolumbiyanın 1:0 hesabı ilə öndə olduğu oyunun 76-cı dəqiqəsində standart vəziyyətdən buraxdığı qoldan sonra məqamlar ortaya çıxıb. Bundan sonra Kolumbiya yığmasının kapitanı Falkao bir-bir rəqib futbolçularla ağzı qapalı şəkildə danışmağa başlayıb. Bütün stadionun və hakimlərin gözü qarşısında yaşanan bu dialoqların ardından son dəqiqələr "al gülüm, ver gülüm" şəklində ötürmələrlə keçib. Bu görüntülər isə danışılmış oyun iddialarını gündəmə gətirib. Bu nəticədən sonra Kolumbiya birbaşa Rusiyada keçiriləcək final mərhələsinə vəsiqə qazanarkən, cənubi Amerikanın son çempionu Çili mundialdan kənarda qalıb. Peru isə "pley-off"da Yeni Zelandiya yığması ilə görüşəcək.

Çili Futbol Federasiyası qalmaqallı görüntülərin ardından FİFA-ya şikayət edib. FİFA oyunçuların danışıqlarını dodaqoxuma üslubu ilə aşkarlayıb, hakim raporlarını incələyəcək və qərarını verəcək. 
 

 
 

Sport7.az

Xəbər lenti