DÇ-2018-də ən çox azarkeşlə təmsil olunan ölkələr müəyyənləşib

DÇ-2018-də ən çox azarkeşlə təmsil olunan ölkələr müəyyənləşib
Rusiyada təşkil olunan DÇ-2018-də ən çox azarkeşlə təmsil olunan ölkələr açıqlanıb.
 
Sport78.az xəbər verir ki, bunlar Çin, ABŞ və Meksika olub. Rusiya sərhəd xidmətinin məlumatlarına görə, Çindən 53, ABŞ-dan 46, Meksikadan 41 min insan qonşu ölkəyə ayaq basıb. Sonrakı yerlərdə Argentina (31 min), Braziliya (27 min), Almaniya və Böyük Britaniya (hər ikisi 25 min), Kolumbiya (23 min), Peru və Fransa (hər ikisi 20 min), Xorvatiya (18 min) qərarlaşıb.

Ümumilikdə, Rusiya dövlət sərhədini 633 min əcnəbi vətəndaş azarkeş vəsiqəsi ilə keçib. Onların əsas istiqamətləri Moskva və Sankt-Peterburq olub. Ölkəyə gələn əcnəbilərin sayında (5 milyon nəfər) isə ciddi dəyişiklik baş verməyib. Lakin ötənilki göstəricilərlə müqayisədə dünya çempionatında iştirak edən ölkələrin sakinləri kəskin artıb.

Ölkə prezidenti Vladimir Putin azarkeş pasportu ilə gələnlərə ilin sonunadək ölkədə vizasız qalmaq icazəsi verib.
 
Sport7.az

Xəbər lenti