DÇ-2018-ə dəvət almadı, yığma karyerasını bitirdi

DÇ-2018-ə dəvət almadı, yığma karyerasını bitirdi
"Bavariya"nın hücumçusu Sandro Vaqner yığma karyerasını bitirdiyini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, buna səbəb onun Almaniya yığmasına çağrılmaması olub. Ötən gün baş məşqçi Yoahim Löv Rusiyada keçiriləcək DÇ üçün Almaniya yığmasının heyətini açıqlayıb. Onun Nils Petersenə yer verməsi və Vaqneri heyətə götürməməsi hücumçunu əsəbiləşdirib. 
 
DÇ-2018-ci il üçün özünü daha şanslı görən amma heyətə dəvət almadığını bilən Vaqner Lövə etiraz olaraq yığma karyerasını bitirdiyini açıqlayıb. 
 
Almaniya yığmasının formasını 8 dəfə geymiş 30 yaşlı futbolçu bunların 5-də qol vurub.
 
Sport7.az

Xəbər lenti