DÇ-2018: Fransa və Portuqaliyadan qələbə

DÇ-2018: Fransa və Portuqaliyadan qələbə
Bu gün DÇ-2018-in seçmə mərhələsində IX tura yekun vurulacaq.
 
Sport7.az xəbər verir ki, son oyun günündə A, B və H qrupunun iştirakçıları meydana çıxacaq.

 
A qrupunda iddiaçılar Fransa, İsveç və Hollandiya uyğun olaraq Bolqarıstan, Lüksemburq və Belarusla qarşılaşacaqlar.
 
B qrupunda isə Portuqaliya və İsveçrə son turdakı liderlik savaşından öncə sürpriz xal itkisinə yol vermək istəmirlər.
 
H qrupunda mundiala vəsiqəni təmin etmiş Belçika Bosniya və Hersoqovina səfərinə yollanacaq. Bosniyalılar ikinciliyi əldən verməmək üçün mütləq qələbə qazanmalıdır. İkinci pillənin digər iddiaçısı Yunanıstan isə Kiprlə üz-üzə gələcək.
 

DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
IX tur, 7 oktyabr

A qrupu

İsveç – Lüksemburq - 8:0
Qollar: Qranqvist, 10, 67-pen, Berq, 18, 37, 54, 71 Lüstiq, 60, Toivonen, 76

Bolqarıstan – Fransa - 0:1
Qol: Matuidi, 3

Belarus – Hollandiya - 1:3
Qollar: Propper, 24 (0:1), Volodjko, 55 (1:1), Robben, 84-pen (1:2), Depay, 90+3 (1:3)

B qrupu

Farer adaları – Latviya - 0:0

İsveçrə - Macarıstan 5:2
Qollar: Jaka, 18 (1:0), Frey, 20 (2:0), Zuber, 43 (3:0); 49 (4:0), Quzmiks, 59 (4:1), Lixtaynştayner, 83 (4:2), Uqrai, 89 (5:2)

Andorra - Portuqaliya - 0:2
Qollar: Ronaldo, 63, Silva Andrea, 86

H qrupu

Cəbəllütariq – Estoniya - 0:6
Qollar: Luts, 10, Kayt, 30, Zenyov, 38, Tamm, 52, 77, Masnikov, 66

Kipr - Yunanıstan - 1:2
Qollar: Sotiriou, 18 (1:0), Mitroqlou, 24 (1:1), Tziolis, 26 (1:2)

Bosniya və Herseqovina - Belçika - 3:4
Qollar: Munyer, 4 (0:1), Medunyanin, 30 (1:1), Viska, 39 (2:1), Barşuayi, 59 (2:2), Vertonqen, 68 (2:3), Dumiç, 82 (3:3), Ferreyra-Karrasko, 83 (3:4)

Xəbər lenti