DÇ-2018: Fransa finalda!

DÇ-2018: Fransa finalda!
Rusiyada keçirilən möhtəşəm futbol bayramı sona yaxınlaşır.
 
Sport7.az xəbər verir ki, bu gün dünya çempionatının ilk finalçısı məlum olacaq.
 
"Sankt-Peterburq”da keçiriləcək ilk yarımfinal qarşılaşmasında Fransa ilə Belçikə üz-üzə gələcək. Çoxları fransızları favorit hesab etsə də, Belçika millisi Braziliyanı evinə göndərməklə iddialarının ciddi olduğunu isbatlaya bilib.
 
Görüşü Uruqvaydan olan hakimlər idarə edəcək. Maraqlıdı ki, ¼ finalda Fransa məhz Uruqvayı məğlub edib. Bu mənada FİFA-nın növbəti dəfə qəribə seçim etdiyini demək mümkündü.
 
DÇ-2018, ½ final

22:00 Fransa – Belçika 1:0

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

Sport7.az
 

Xəbər lenti