DÇ 2018: Neymara niyə nifrət etməyi xoşlayırlar?

05 İyul 2018, 14:11
05 İyul
2018
14:11
224
Ötən həftə Soçidə keçirilən Almaniya ilə İsveç arasında həyəcanlı matçın sona çatmasını elan edən polşalı hakim Szymon Marciniak fit çalarkən, sosial şəbəkələrdə fəallıq kəskin şəkildə artmışdı.
Almaniya oyunçusu Tony Kroos-un adı yalnız onun 95-ci dəqiqədə vurduğu həlledici qolla bağlı qeyd olunmurdu.
Şəbəkələrdə həmçinin Kroos-u "Neymar kimi ağlamadığına" görə tərifləyirdilər.
Bundan bir gün əvvəl Braziliya futbolçusu Kosta-Rika ilə Sankt-Peterburqda keçirilən matçda ağlamışdı.

Braziliyalı azarkeşlər daha az rəğbətli şərhlər yazanlar arasında idi.
Bunlar Neymarın DÇ 2018-dəki çətin vəziyyətini ön plana çəkir: Hazırkı FİFA yarışmasında hamının ona nifrət etməkdən xoşu gəlir.
Çempionata maraq göstərənlər ötən həftə Neymara qarşı ünvanlanan istehza dolu tənqidi memlərə yəqin rast gəliblər.
Belə təəssürat yaranır ki, o, cərimə qazanmaq üçün asanlıqla yıxılmağa hazırdır və bu məqam şərhlərdə xüsusilə qeyd olunur.
Rio-de-Janeyrodakı barlardan biri elan edib ki, Serbiya ilə oyun vaxtı Neymar "hər dəfə yerə sərilən" kimi müştərilərinə pulsuz içki verəcək.

Ötən ilin noyabr ayında Fransanın Paris St. Germain klubu braziliyalı futbolçuya görə Barselonaya 200 mln dollar ödəyib. Bu, Neymarı dünyanın ən bahalı futbolçusuna çevirib.
Son ödəniş onsuz da 26 yaşlı futbolçunu dəbdəbəli həyat tərzinə görə qınayanların diqqətini bir daha cəlb edib.
Əlbəttə, Neymar futbolçular arasında yeganə milyonçu deyil. Öz həyat tərzini nümayiş etdirən idmançı, misal üçün, xüsusi təyyarəsinin salonundan çəkdiyi şəkilləri paylaşmaqdan çəkinmir.
Sosial mediada həmçinin Neymarın kəmhövsələ tərəfini də görmək olar: Meydançada ağlaması ilə bağlı şərhlərə reaksiya verən futbolçu İnstagram-ında öz tənqidçilərini boşboğazlıqda təqsirləndirib: "Tutuquşlar da danışa bilir".
Kosta-Rikaya qarşı oyunda braziliyalı etiraz etdiyinə görə sarı kart aldı. Videotəkrarda onun müəyyən simulyasiya yol verdiyi üzə çıxandan sonra isə hətta meydançadan kənarlaşdırıla bilərdi.
Neymar tez-tez yerə yıxılmaqda təqsirləndirilir.

Lakin bütün bunlar həlledici məqamı kölgələyə bilməyib: Kosta-Rikanın qapısına keçirdiyi topla Neymar 56-cı qoluna imza atıb və bununla da o, Braziliya tarixində ən çox qol vuran sayca 3-cü futbolçu olub.
O, həmçinin hazırda oynayan Braziliya futbolçuları arasında ən çox qol sahibidir. Bundan əvvəl bu yeri 1994-cü ildəki Dünya Çempionatının qalibi Romario tutub.
Braziliyalı futbolçu öz həmkarını qınayanlardan birdir.
"Sən indiyədək bu Dünya Kubokunda nə bildiyini, nə də ki, bacara biləcəyini hələ ki, nümayiş etdirməmisən, lakin mən inanıram ki, sən bunu bacaracaqsan", - Romario cümə günü İnstagramda yazıb.
1970-ci ildə Dünya çempionu olan Braziliya komandasının üzvü, ölkənin ən mötəbər futbol mütəxəssislərindən Tostao ehtiyat edir ki, Neymarın ani hirsə qapılması onun başını bəlaya sala bilər.
Braziliya-Serbiyaya matçında Neymar kart alarsa, o, növbəti oyunu buraxmalı olacaq.
"O, şikayət və kürlüyünü davam etdirir. Onun daha çox kart alacağı riski mövcuddur," Tostao deyir.
Digər tərəfdən futbol eksperti Neymarı müdafiə edir.
"Məni meydança xaricində baş verənlərdən daha çox onun meydançadakı reaksiyaları narahat edir. Məşhurların çoxu kimi Neymar da ulduz şuxundan həzz alır. Ona qarşı tənqidlərdə şişirtmələri görmək olar".

Problem budur ki, Neymarın heç bir addımı diqqətdən yayınmır.
Onun ağlamasını götürək: Kosta-Rika ilə oyundan sonra bu məsələ psixoloq və hətta bədən dili üzrə mütəxəssislərin iştirakı ilə geniş müzakirə edilib.
Onların hamısı futbolçunun göz yaşlarının səbəbini bir cür yozublar.
Müzakirələrə hətta korrupsiya ittihamları ilə bağlı həbs cəzası çəkən sabiq prezident Luis Inacio Lula da Silva da qatılıb.
"Neymarın ağlaması onun psixoloji vəziyyətini ortaya qoyur", - öz fikrini yazılı şəkildə Braziliyanın idman kanalına göndərən cənab Lula bildirib.(BBC)
Sport7.az
Digər xəbərlər
-
DÇ-2018, Dünya Futbolu
DÇ-2018-də ən çox azarkeşlə təmsil olunan ölkələr müəyyənləşib
-
DÇ-2018, Ölkə Futbolu
Qurban Qurbanov DÇ-2018-in yekunlarına həsr olunmuş tədbirdə
-
DÇ-2018, Dünya Futbolu
Çerçesovdan futbolçulara qadağa - Şampan içmək olmaz...
-
DÇ-2018, Dünya Futbolu
Xorvatiya prezidenti: "Yağışın fərqində deyildim"
-
DÇ-2018, Dünya Futbolu
DÇ-2018-in rəmzi komandası açıqlandı
-
DÇ-2018, Dünya Futbolu
DÇ-nin gümüş medalından imtina etdi
-
DÇ-2018, Dünya Futbolu
Xorvatiyanın baş məşqçisindən xanım prezidentə ŞOK SÖZLƏR
-
DÇ-2018, Dünya Futbolu
İslandiya millisində şok ayrılıq
Xəbər lenti
-
14:44Millimizin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR
-
14:37Əliyar Ağayev "Sumqayıt"ın oyununda
-
14:36"Mançester Yunayted" De Xea üçün fantastik təklif hazırlayır
-
14:23"Bavariya" "Liverpul"la oyunda Boatenq və Riberidən istifadə edə bilməyəcək
-
14:12Federer Nisikori ilə yerini dəyişdi, Cokoviç liderliyini davam etdirir
-
13:43Vüsalədən atmaca: "Bəzi xanım azarkeşlərimiz buqələmun kimidir, rəngləri bilinmir"
-
13:32Simona Halep yenidən ikinci sırada, Serena Uilyams ilk onluğa qayıtdı
-
13:10Elçin Mustafayev: "Məqsədim Azərbaycan millisinin aparıcı futbolçusu olmaqdır"
-
13:0270-ci səfər məğlubiyyəti
-
12:53Namiq Ələsgərov üçün əlamətdar tur
-
12:45Arif Əsədov: "Bordin ortaya hansısa oyun fəlsəfəsi qoymayıb"
-
12:28"Real" "Bernabeu"da "Jirona" ilə bacarmadı - VİDEO
-
12:12Yannis Adetokunbo dünya çempionatında oynamağı planlaşdırır
-
11:45"İstəsəm, mənim üçün səhranı da yaşıllaşdırardılar" - Pirlonun Qətərə transferi niyə baş tutmayıb?
-
11:36İdmançılarımızdan iki medal
-
10:57"Real"ı məğlub edən "Barselona" İspaniya Kral kubokunun qalibi oldu
-
10:47NBA All-Star: "Lebron Ceymsin komandası" "Ulduzlar matçı"ndan qalib ayrıldı (VİDEO)
-
10:32Millimizin futbolçusu: "Hakim rəqibin təxribatına göz yumurdu"
-
10:20Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub
-
10:01"Azərbaycan futbolu autizmli uşaq kimidir…" – Şəhriyar Del Gerani
-
09:50Millimiz şotlandlara uduzdu
-
09:41Kapitan: "Büdcə aşağı olsa da, zəif sayılmırıq"
-
09:36“Qarabağ” hücumçusunu Ukrayna klubuna satır
-
22:30"Qəbələ"nin idmançılarından 2 medal
-
22:09"Qarabağ"dan vacib qələbə - VİDEO
-
21:13Zabit Səmədov: "Çeçenlər bizim qardaşlarımızdı"
-
20:1140-cı heç-heçə
-
19:51Qurban Qurbanov: "Hələ xal itirən çox olacaq"
-
19:40Sənan Qurbanov: "Hakimin bu qədər az vaxt əlavə edəcəyini gözləmirdik"
-
19:34Aftandil Hacıyev: "Söyüşə qətiyyən yol vermək olmaz"
-
19:29"Qarabağ"la "Səbail"dən qələbə - YENİLƏNİB
-
19:02"Səbail" bu qolla qələbə qazandı - VİDEO
-
18:50Elşad Əhmədov: "Rəqib boşluq tapdı və bundan yararlandı"
-
17:15Rafael Ağayev yenə Bakıya əliboş qayıtmır
-
17:00Taekvondoçulardan 6 medal
-
16:53Təcrübə > İstedad - Valverdenin "Barselona"sına baxış
-
16:18Cüdoçumuz Romada qızıl "oğurladı"
-
16:01Badri Kvaratsxeliyanın oğlu rus klubunda
-
14:03Premyer Liqada oynamış futbolçu həvəskar komandada
-
13:42Atletimizdən gümüş medal
-
13:2525-ci ölkə təmsilçisi
-
12:45"Real" İkardinin həyat yoldaşına görə transferdən imtina edib
-
12:4110 qol vurdular, qalib müəyyənləşmədi (VİDEO)
-
12:20Çempion ömrün 54-cü ili
-
12:13"Barselona"dan çətin qələbə - VİDEO
-
12:02"Qatar"ın ən güclüsü Halep yox, Mertens oldu
-
11:48NBA All-Star-da günün qalibləri: Teytum, Herris və Diallo (VİDEO)
-
10:58İdmançımızdan qızıl medal
-
21:24“Neftçi” Zirədə büdrədi - VİDEO
-
20:24"Niyə düşünürlər ki, “Neftçi”yə xüsusi hazırlaşırıq” – Samir Abasov
17 Fevral 2019
16 Fevral 2019