DÇ-2018: İspaniya və Portuqaliya 1/8 finalda

DÇ-2018: İspaniya və Portuqaliya 1/8 finalda
Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir.

Sport7.az xəbər verir ki, bu gün qrup mərhələsində sonuncu tura start veriləcək. 

A qrupunda bütün diqqətlər artıq 1/8 finala vəsiqəni təmin etmiş Uruqvay və Rusiya yığmaları arasındakı oyuna yönələcək. Rusiyaya heç-heçə də sərf edir. Uruqvay isə mütləq qalib gəlməlidi. Digər görüşdə isə Səudiyyə Ərəbistanı ilə Misir qarşılaşacaq. 

B qrupunda növbəti mərhələyə hansı komandaların yüksələcəyinə hələ tam aydınlıq gəlməyib.İspaniya Mərakeşlə görüşdə qalib gəlsə, qrup lideri kimi pley-offa yüksələcək. İran isə 1/8 finala yüksəlmək üçün Portuqaliyaya mütləq qalib gəlməlidi.

DÇ-2018
25 iyun

A qrupu

18:00. Uruqvay - Rusiya - 3:0 
Qollar: L. Suares, 10 (1:0), D. Çerışev, 23-avtoqol (2:0), Kavani, 90 (3:0)
Qırmızı vərəqə: İ. Smolnikov, 36
Baş hakim: Malanq Didhyu (Seneqal)
Samara. "Samara Arena" 

18:00. Səudiyyə Ərəbistanı - Misir - 2:1
Qollar: M. Salah, 22 (0:1), S. Əl-Hadari, 45+2-penalti (1:1), Salem, 90+5 (2:1)
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Volqoqrad. "Volqoqrad Arena" 
 
B qrupu 

22:00. İran - Portuqaliya - 1:1 
Qol: Kuarejma, 45, (0:1), Ansarifard, 90+3 (1:1)
Baş hakim: Enrike Kaseres (Paraqvay)
Saransk. "Mordoviya Arena" 


22:00. İspaniya - Mərakeş - 2:2 
Qollar: Boutaib, 14 (0:1), İsko, 19 (1:1), En Nesiri, 81 (1:2), Aspas, 90+3
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Kalininqrad. "Kalininqrad” stadionu 

İspaniya – 4, Portuqaliya – 4, İran – 3, Mərakeş – 0.
 
Sport7.az

Xəbər lenti