DÇ-2018: Son finalçılar da müəyyənləşdi - YENİLƏNDİ

DÇ-2018: Son finalçılar da müəyyənləşdi - YENİLƏNDİ
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün son tura start veriləcək.
 
Sport7.az xəbər verir ki, əvvəlcə E və F qruplarında, daha sonra C qrupunda matçlar başlanacaq.
 
Yığmamızın qrupunda yer alan komandalardan Şimali İrlandiya səfərdə Norveçin qonağı olacaq. Çexiya isə evdə San Marinonu qəbul edəcək. Ümumiyyətlə bu qrupda oyunlar formal xarakter daşıyacaq. Çünki artıq görüşlərin nəticəsindən asılı olmayaraq Şimali İrlandiya və Almaniya mundiala vəsiqəni təmin edib.  

E qrupunda Polşanın qrup qalibi kimi birbaşa final mərhələsinə, Danimarkanın isə ikinci yerin sahibi kimi "play-off"a vəsiqəyə sahib çıxacağı böyük ölçüdə həllini tapıb. Bu, Monteneqronun səfərdə Polşanı, Danimarka isə evdə Rumıniyanı yenməsindən sonra rəsmiləşə bilər.
 
F qrupunda İngiltərə vəsiqəni təmin edib. "Play-off"a vəsiqə verən ikinci yerə 3 komanda iddialıdı. Sloveniya Şotlandiyaya 2 top fərqi ilə qalib gəlsə və Slovakiya Malta ilə görüşdə xal itirsə, ikinci yerin sahibi dəyişəcək. Sloveniya xallarını 17-yə çatdıraraq, şəxsi oyunlardakı üstünlüyü səbəbindən Şotlandiyanı 3-cü pilləyə düşürəcək. Slovakiya 2-ci pilləyə yüksəlmək üçün isə Maltanı yenməli və Şotlandiyanın xal itkisinə ümid etməlidir.
 
Dünya çempionatı, seçmə mərhələ
 
8 oktyabr
 
C qrupu
 
22:45. Çexiya - San Marino 5:0 
(Krmençik, 8, 23, Kopiç, 27, Novak, 71, Kadleç, 83)

22:45. Almaniya - Azərbaycan 5:1
(Qroetzka, 9, 66, Şeydayev, 34, Vaqner, 54, Rudiger, 64, Can, 81) 
 
22.45. Norveç - Şimali İrlandiya 1:0
(Brunt, 71-öz qapısına) 

Almaniya - 27, Şimali İrlandiya - 19, Çexiya - 12, Norveç - 10, Azərbaycan - 10, San Marino - 0.
 
E qrupu
 
20:00. Danimarka - Rumıniya 1:1
(Eriksen, 60-p, Deak, 88)
20:00. Qazaxıstan - Ermənistan 1:1
(Mxitaryan, 26, Turisbek, 62) 
20:00. Polşa - Monteneqro 4:2
(Majinski, 6, Qrosiçki, 16, Muqosa, 78, Tomaşeviç, 83, Levandovski, 85, Stoykoviç, 87-öz qapısına)

Polşa - 22, Danimarka - 19, Monteneqro - 16, Rumıniya - 12, Ermənistan - 6, Qazaxıstan - 2.
 
F qrupu
 
20:00. Litva - İngiltərə 0:1
(Keyn, 27-p.)
20:00. Slovakiya - Malta 3:0
(Nemeç, 33, 62, Duda, 69) 
20:00. Sloveniya - Şotlandiya 2:2
(Qriffits 32, Bezjak, 52, 72, Snodqrass, 88) 
 
İngiltərə - 23, Şotlandiya - 17, Slovakiya - 15, Sloveniya - 14, Litva - 6, Malta - 1.
 
Sport7.az

Xəbər lenti