DÇ-2018: Yarımfinal oyunu Çakıra tapşırıldı

DÇ-2018: Yarımfinal oyunu Çakıra tapşırıldı
Türkiyəli hakim Cüneyt Çakır DÇ-2018-də daha bir mühüm oyuna təyinat alıb.
 
Sport7.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
 
Çakır yarımfinalın Xorvatiya - İngiltərə görüşünü idarə edəcək. Ona həmyerliləri Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Hollandiya Futbol Federasiyasından Byörn Kuypers yerinə yetirəcək.

Qeyd edək ki, Xorvatiya - İngiltərə matçl iyulun 11-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Sport7.az

Xəbər lenti