DÇ-2018:Yığmamız tsikli darmadağınla bitirdi- YENİLƏNDİ

DÇ-2018:Yığmamız tsikli darmadağınla bitirdi- YENİLƏNDİ
Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonası üzrə növbəti oyunlar keçiriləcək.

Sport7.az xəbər verir ki, Robert Prosineçkinin rəhbərliyi altında yığmamız da meydana çıxcaq. Komandamız səfərdə Almaniyanın qonağı olacaq.

Qrupumuzdan final mərhələsinə kimlərin çıxacağı artıq bəlli olduğundan bu görüşləri formal saymaq olar. Heç Almaniyanın da bütün gücünü qoyacağı gözlənlən deyil. Böyük ehtimalla Yoahim Löv əsas futbolçulardan bir neçəsinə istirahət verəcək. Amma istənilən halda almanlar qarşısında hər hansı nəinki qələbə, hətta heç-heçə şansımızın olduğunu deyə bilmərik. Yalnız möcüzə sayəsində Almaniyadan məğlubiyyətsiz dönməyimiz mümkün ola bilər. 

Buna baxmayaraq mərhələni 100 faizlik nəticə ilə bitirməyi düşünən almanlar bu dəfə də meydana yalnız qələbə üçün çıxacaq. Bu isə yığmanın şanslarını daha da azaldan məqamdı. Üstəlik milli karyerasını bitirən Rəşad Sadıqovun yoxluğunda komanda meydana lidersiz çıxacaq. Bununla yanaşı yığmamızın baş məşqçisi kimi Robert Prosineçkinin son sınağı olduğunu da söyləmək mümkündü. Çox güman ilin sonunda AFFA ilə müqaviləsi bitən xorvat mütəxəssis tsikldən sonra yolları ayıracaq. 

Yenə də yığmanı 5-ci yerdə görəcəyik. Seçmə mərhələyə gözlənlməz şəkildə yaxşı başlayan komandamızın bu il 3-cü yer tutmaq şansı daha çox idi. Amma təəssüf ki, buna nail ola bilmədilər. İndi yalnız möcüzə sayəsində 3-cü yeri tuta bilərik ki, bu da inandırıcı gəlmir. Bu da o deməkdi ki, "ənənəni" pozmayan komandamızı əvvəllki illərdə olduğu kimi aşağı pillələrdə autsayder olmamaq üçün mübarizə aparan görəcəyik.

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

8 oktyabr
 
22:45. Almaniya – Azərbaycan 5:1
(Qroetzka, 9, 66 Şeydayev, 34, Vaqner, 54, Rudiger, 64, Can, 81) 
 
Almaniya: 12. Bernd Leno (q), 2. Şkodran Mustafi, 6. Niklas Süle, 9. Sandro Vaqner, 10. Lars Stindl, 13. Tomas Müller (k), 14. Emre Can, 18. Coşua Kimmix, 19. Leon Qoretzka, 20. Yuialn Brandt, 23. Leroy Sane
Ehtiyat oyunçular: 1. Kevin Trapp (q), 22. Mark-Andre ter Ştegen (q), 3. Marvin Plattenhart, 4. Mattias Ginter, 5. Mats Hummels, 15. Amin Yunes, 16. Antonio Rüdiger, 17. Jerom Boatenq, 21. Sebastian Rudi
Baş məşqçi: Yoahim Löv 
 
Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 18. Təmkin Xəlilzadə, Rahid Əmirquliyev (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Emil Balayev (q), 4. Pavel Paşayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namik Ələskərov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov, 17. Mahir Mədətov, 21. Tərlan Quliyev
Baş məşqçi: Robert Prosineçki
 
Hakimlər: Andris Treymanis, Harald Qudermanis, Aleksey Spasyonnikov, Aleksandr Qolubev (hamısı Latviya)
Hakim-inspektor: Matteo Simone Trefoloni (İtaliya)
Komissar: Jan-Fransua Kruk (Belçika)
Kayzerslautern. Frits Valter stadionu

Almaniya - 27, Şimali İrlandiya - 19, Çexiya - 12, Norveç - 10, Azərbaycan - 10, San Marino - 0

Sport7.az

Xəbər lenti