DÇ-2019: 1/4 finalçılar məlumdu

DÇ-2019: 1/4 finalçılar məlumdu

Slovakiyanın ev sahibliyində keçirilən buz hokkeyi üzrə dünya çempionatında qrup mərhələsinin altıncı turuna start verilib.

A qrupunda lider Finlandiya Fransanı məğlub edib. Digər oyunda ABŞ Almaniyadan güclü olub. Sonuncu turun görüşlərindən asılı olmayaraq, Finlandiya, ABŞ, Kanada və Almaniya 1/4 finala vəsiqəni təmin ediblər.

B qrupunda lider Rusiya növbəti qələbəsini qazanıb. Şimal qonşularımız İsveçrəni üstələyib. Çexiya isə çətinlik çəkmədən Avstriya üzərində qələbə qazanıb. B qrupunda da 1/4 finalçılar artıq məlumdu. Rusiya, Çexiya, İsveç və İsveçrə yığmaları pley-offa yüksəliblər.


Dünya çempionatı

Slovakiya

Qrup mərhələsi

6-cı tur

A qrupu

Almaniya - ABŞ - 1:3

Fransa - Finlandiya - 0:3


B qrupu

Avstriya - Çexiya - 0:8

İsveçrə - Rusiya - 0:3


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR