DÇ-2019: 1/4 finalda Rusiya - ABŞ dueli olacaq

DÇ-2019: 1/4 finalda Rusiya - ABŞ dueli olacaq

Slovakiyanın ev sahibliyində keçirilən buz hokkeyi üzrə kişilərin dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

A qrupunda Finlandiya Almaniyaya məğlub olaraq liderliyi əldən verib. ABŞ-dan üstün olan Kanada qrup birincisi kimi pley-offa yüksəlib. Slovakiya isə bullitlərdə Danimarkadan güclü olub.

B qrupunda son dünya çempionu İsveçi də üstələyən Rusiya ilkin etapı məğlubiyyətsiz lider kimi başa vurub. İsveçrəyə qalib gələn Çexiya qrup ikincisi olub. Digər matçda Norveç Latviya ilə bacarmayıb.


Dünya çempionatı
 
Slovakiya
 
Qrup mərhələsi
 
7-ci tur

A qrupu

Finlandiya - Almaniya - 2:4

Kanada - ABŞ - 3:0

Slovakiya - Danimarka - 2:1 (bullit)


B qrupu

Çexiya - İsveçrə - 5:4

Norveç - Latviya - 1:4

İsveç - Rusiya - 4:7


1/4 final cütlükləri aşağıdakı kimidi:

Rusiya (1) - ABŞ (4)

Çexiya (2) - Almaniya (3)

Kanada (1) - İsveçrə (4)

Finlandiya (2) - İsveç (3)


1/4 final mərhələsinə mayın 23-də start veriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR