DÇ-2019: ABŞ millisinin yenilənmiş heyəti açıqlandı

DÇ-2019: ABŞ millisinin yenilənmiş heyəti açıqlandı

Kişi basketbolçulardan ibarət ABŞ millisinin dünya çempionatı üçün nəzərdə tutulmuş, 17 nəfərdən ibarət yenilənmiş heyəti açıqlanıb. Ulduz basketbolçuların əksəriyyəti yığmaya qoşulmaqdan imtina edib.

Siyahı belədi: Harrison Barns, Ceylen Braun, Andre Drammond, Montrez Harrell, Kayl Kuzma, Bruk Lopes, Kayl Lauri, Kris Middlton, Donovan Mitçell, Meyson Plamli, Culius Rendl, Markus Smart, Ceyson Teytum, Pi Cey Taker, Maylz Törner, Kemba Voker, Taddeus Yanq.

ABŞ millisinin təlim-məşq toplanışı 5-9 avqust tarixlərində Las-Veqasda keçiriləcək.

Qeyd edək ki, Çinin ev sahibliyi edəcəyi dünya çempionatı avqustun 31-də start götürəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR