DÇ-2019: Argentina və İspaniya yarımfinalda

DÇ-2019: Argentina və İspaniya yarımfinalda

Kişi basketbolçuların dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

İlk görüş Argentina və Serbiya milliləri arasında oynanılıb. Balkan təmsilçisi oyunun favoriti hesab olunsa da, hadisələr tərsinə cərəyan edib. Nəticədə Argentina yığması matçdan 97:87 hesabı ilə qalib ayrılaraq yarımfinala yüksəlib. Luis Skola 20 xalla komandasının qələbəsində əsas pay sahibi olub. Serbiyanın heyətində isə Boqdan Boqdanoviç qarşılaşmanı 21 xalla tamamlayıb. Argentinanın yarımfinaldakı rəqibi ABŞ - Fransa matçının qalibi olacaq.
 
Günün ikinci oyununda isə İspaniya Polşanı məğlub edib. Riki Rubio 19 xalla görüşün ən məhsuldarı olub. Polşada Ey Ci Slouter 18 xalla oynayıb. İspaniya finala vəsiqə uğrunda Avstraliya - Çexiya matçının qalibi ilə mübarizə aparacaq.


Dünya çempionatı

Çin

1/4 final

Argentina - Serbiya - 97:87
 
İspaniya - Polşa - 90:78
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR