DÇ-2019: Avstraliya Braziliyanı məğlub etdi, Çin ilk qələbəsini qazandı

DÇ-2019: Avstraliya Braziliyanı məğlub etdi, Çin ilk qələbəsini qazandı

Fransanın ev sahibliyində keçirilən, qadın futbolçuların dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

Ötən gün mundialda iki görüş keçirilib. B qrupunda autsayderlərin duelində Çin CAR-ı məğlub edib. Li Yanın qolu oyunda yeganə olub.

C qrupundakı Avstraliya - Braziliya matçı daha maraqlı alınıb. Cənubi amerikalılar Marta və Kristianenin qolları sayəsində hesabda 2:0 önə keçsələr də, "yaşıl qitə" təmsilçiləri geridönüş edə bilib. Əvvəlcə birinci hissənin artırma dəqiqələrində Keytlin Furd fərqlənib. Ardınca 58-ci dəqiqədə Kloi Loqartso hesaba tarazlıq gətirib. Matça son nöqtəni isə Braziliya millisinin üzvü Monika Hikmann-Alves qoyub. Onun avtoqolu sayəsində Avstraliya oyundan 3:2 hesabı ilə qalib ayrılıb.


Dünya çempionatı

Fransa

Qrup mərhələsi

2-ci tur

B qrupu

CAR - Çin - 0:1


C qrupu

Avstraliya - Braziliya - 3:2
 
 
Hazırda aktivində 6 xalı olan Almaniya B qrupunda liderdi. 3 xala malik İspaniya və Çin yığmaları ikinci-üçüncü pillələri bölüşürlər. Xal hesabını açmayan CAR sonuncudu.
 
C qrupunda ilk üç sırada qərarlaşan Braziliya, İtaliya və Avstraliya millilərinin 3 xalı var. Xalsız Yamayka dördüncüdü. Qeyd edək ki, İtaliya və Yamayka qrup mərhələsinin ikinci turu çərçivəsində bu gün üz-üzə gələcəklər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR