DÇ-2019: Azərbaycan üzgüçüsü finaldan kənar qaldı

DÇ-2019: Azərbaycan üzgüçüsü finaldan kənar qaldı

Cənubi Koreyanın Kvandju şəhərində keçirilən Su İdman növləri üzrə dünya çempionatında kişilərin baterflay stil üzrə 200 m. məsafəyə üzgüçülük yarışlarında finalçılar müəyyənləşir.

İlk yarımfinal qrupunda Azərbaycanı təmsil edən Maksim Şemberev də yarışıb. 26 yaşlı üzgüçü 1.56,78-lik göstərici ilə 7-ci olub və finala vəsiqə qazana bilməyib.

Şemberevin mübarizə apardığı qrupda 1.55,26 nəticə göstərən amerikalı Zak Hartinq birinci olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR