ABŞ millisinin forvardı Ceyson Teytum ayaq biləyindəki zədə səbəbindən dünya çempionatında qarşıdakı matçlardan minimum ikisini qaçırmalı olacaq.
21 yaşlı basketbolçu sentyabrın 9-da növbəti dəfə tibbi müayinədən keçəcək. Həmin gün ABŞ yığması DÇ-2019-un ikinci qrup mərhələsi çərçivəsində ikinci görüşünə çıxacaq.
Teytum Türkiyə ilə oyunun son saniyələrində zədələnmişdi.
Sport7.az