DÇ-2019: Finlandiya və Çexiya autsayderlərə şans vermədi

DÇ-2019: Finlandiya və Çexiya autsayderlərə şans vermədi

Slovakiyanın ev sahibliyində keçirilən kişilərin buz hokkeyi üzrə dünya çempionatında mübarizə davam edir.

Ötən gün qrup mərhələsinin beşinci turuna start verilib. A qrupunda Finlandiya Böyük Britaniyanı məğlub edərək müvəqqəti liderliyə yüksəlib. Slovakiya Fransaya qalib gəlib və xallarının sayını 6-ya çatdırıb.

B qrupunda də iki görüş keçirilib. Norveç turnirdəki ilk qələbəsini qazanıb. "Vikinqlər" Avstriyadan üstün olub. Çexiya isə autsayder İtaliyaya şans verməyib.


Dünya çempionatı

Qrup mərhələsi

5-ci tur

A qrupu

Fransa - Slovakiya - 3:6

Finlandiya - Böyük Britaniya - 5:0


B qrupu

Avstriya - Norveç - 3:5

Çexiya - İtaliya - 8:0


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR