DÇ-2019: İngiltərə və Fransa 1/4 finalda, Braziliya mübarizəni dayandırdı (VİDEO)

DÇ-2019: İngiltərə və Fransa 1/4 finalda, Braziliya mübarizəni dayandırdı (VİDEO)

Fransanın ev sahibliyində keçirilən, qadın futbolçuların dünya çempionatında 1/8 final mərhələsinin növbəti iki görüşü keçirilib.

İngiltərə Kamerunla qarşılaşıb. Fil Nevillin yetirmələri çətinlik çəkmədən rəqiblərini məğlub ediblər. Qarşılaşma ingilislərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda Fransa və Braziliya milliləri üz-üzə gəlib. 52-ci dəqiqədə Valeri Qoven hesabı açıb. Çox keçmədən Braziliyanın heyətində Taisa fərqlənərək matça tarazlıq gətirib. Qarşılaşmanın əsas vaxtı 1:1 bitdiyindən, qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac qalıb. 107-ci dəqiqədə Amandin Anri görüşə nöqtə qoyub. Kapitanın qolu sayəsində Fransa 1/4 finala yüksəlib.


Dünya çempionatı

Fransa

1/8 final

İngiltərə - Kamerun - 3:0

Qollar: Hoton (14), Vayt (45+4), Qrinvud (58)

 
Fransa - Braziliya - 2:1 (əlavə vaxt)

Qollar: Qoven (52), Anri (107) - Taisa (64)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR