DÇ-2019: İtaliya və Hollandiya 1/4 finalda (VİDEO)

DÇ-2019: İtaliya və Hollandiya 1/4 finalda (VİDEO)

Fransanın ev sahibliyində keçirilən, qadın futbolçuların dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

İtaliya Çinlə qarşılaşıb. Hesabı 15-ci dəqiqədə Valentina Caçinti açıb. İkinci hissənin əvvəllərində Aurora Qallinin vurduğu qol isə matçda sonuncu olub. Çini 2:0 hesabı ilə məğlub edən İtaliya millisi 1/4 finala yüksəlib.

İtaliyanın 1/4 finaldakı rəqibi Hollandiya olacaq. "Narıncılar" Yaponiyanı 2:1 hesabı ilə üstələyib. Martensin 90-cı dəqiqədə penaltidən vurduğu qol həlledici olub.


Dünya çempionatı

Fransa

1/8 final

İtaliya - Çin - 2:0

Qollar: Caçinti (15), Qalli (49)


 
Hollandiya - Yaponiya - 2:1

Qollar: Martens (17, 90-pen.) - Haseqava (43)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR