DÇ-2019: Fransa və Avstriya I Divizionda

DÇ-2019: Fransa və Avstriya I Divizionda

Slovakiyanın ev sahibliyində keçirilən buz hokkeyi üzrə kişilərin dünya çempionatında qrup mərhələsinin 6 və 7-ci turunun oyunları keçirilib.

A qrupunda Kanada Danimarkaya şans verməyib. Qrup sonuncularının duelində Böyük Britaniya Fransanı məğlub edərək turniri qələbə ilə başa vurub.

B qrupunda son dünya çempionu İsveç Denis Rasmussenin son saniyələrdəki qolu sayəsində Latviyaya 5:4 hesabı ilə qalib gəlib. Autsayderlərin qarşılaşmasında isə qalib bullitlər sonunda müəyyənləşib. İtaliya Avstriyadan üstün olub.
 

Dünya çempionatı

Slovakiya

Qrup mərhələsi

A qrupu

6-cı tur

Fransa - Böyük Britaniya - 3:4 (overtaym)

7-ci tur

Kanada - Danimarka - 5:0


B qrupu

6-cı tur

İsveç - Latviya - 5:4

7-ci tur

Avstriya - İtaliya - 3:4 (bullit)
 
 
Bu nəticələrin ardından A və B qruplarını sonuncu sırada bitirən Fransa və Avstriya millilərinin I Diviziona düşməsi dəqiqləşib.
 
Qeyd edək ki, DÇ-2019-da 1/4 finala vəsiqəni təmin edən komandalar artıq bəllidi. A qrupunda Finlandiya, Kanada, ABŞ və Almaniya, B qrupunda isə Rusiya, Çexiya, İsveç və İsveçrə pley-offa yüksəlib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR