DÇ-2019: Rusiya İspaniyanı məğlub etdi, Serbiya - Danimarka oyununda qalib müəyyənləşmədi

DÇ-2019: Rusiya İspaniyanı məğlub etdi, Serbiya - Danimarka oyununda qalib müəyyənləşmədi

Qadın həndbolçuların dünya çempionatında mübarizə davam edir.

Bu gün turnirdə ikinci qrup mərhələsinin sonuncu turuna start verilib. 1-ci qrupda Niderland Cənubi Koreyanı məğlub edib. Serbiya - Danimarka oyununda qalib müəyyənləşməyib - 26:26.

2-ci qrupda yarımfinala vəsiqəni əvvəlcədən təmin etmiş Rusiya növbəti qələbəsini İspaniya üzərində qazanıb. Ev sahibi Yaponiya isə Rumıniyadan güclü olub.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 15:30-da Norveç - Almaniya və Monteneqro - İsveç görüşləri keçiriləcək.


Dünya çempionatı

Qadınlar

Kumamoto, Yaponiya

İkinci qrup mərhələsi

1-ci qrup

Cənubi Koreya - Niderland - 33:40

Serbiya - Danimarka - 26:26

15:30. Norveç - Almaniya 

Turnir cədvəli: 1. Niderland (6 xal), 2. Norveç (6), 3. Almaniya (5), 4. Serbiya (5), 5. Danimarka (4), 6. Cənubi Koreya (2).


2-ci qrup

İspaniya - Rusiya - 26:36

Rumıniya - Yaponiya - 20:37

15:30. Monteneqro - İsveç

Turnir cədvəli: 1. Rusiya (10 xal), 2. İspaniya (7), 3. İsveç (5), 4. Monteneqro (4), 5. Yaponiya (2), 6. Rumıniya (0).


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR