DÇ-2019: Rusiyadan növbəti qələbə, ABŞ Finlandiyanı məğlub etdi

DÇ-2019: Rusiyadan növbəti qələbə, ABŞ Finlandiyanı məğlub etdi

Slovakiyada keçirilən buz hokkeyi üzrə dünya çempionatında qrup mərhələsinin üçüncü turuna start verilib.

A qrupunun liderlərindən Finlandiya overtayma gedən matçda ABŞ-a uduzub. Slovakiyanı məğlub edən Kanada xallarının sayını 6-ya çatdırıb.

B qrupunda Rusiyanın növbəti qurbanı Çexiya millisi olub. Şimal qonşularımız 3:0 hesablı qələbəyə sevinib. Son dünya çempionu İsveç isə Norveçi darmadağın edib - 9:1.

Dünya çempionatı

Qrup mərhələsi

3-cü tur

A qrupu

ABŞ - Finlandiya - 3:2 (overtaym)

Slovakiya - Kanada - 5:6


B qrupu

Rusiya - Çexiya - 3:0

Norveç - İsveç - 1:9

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR