Sun Yan DÇ-2019-da ikinci qızıl medalını qazandı

Sun Yan DÇ-2019-da ikinci qızıl medalını qazandı

Cənubi Koreyanın Kvandju şəhərində keçirilən Su İdman növləri üzrə dünya çempionatında kişilərin sərbəst stil üzrə 200 m. məsafəyə üzgüçülük yarışında qalib müəyyənləşib.

Danas Rapşis finişə birinci çatsa da, yanlış start səbəbindən diskvalifikasiya olunub. Belə olan halda, Sun Yan qalib olub. Bu, çinli üzgüçünün dünya çempionatlarında 11-ci, DÇ-2019-da isə 2-ci qızıl medalıdı.

Yaponiyanı təmsil edən Katsuhiro Matsumoto ikinci nəticə göstərib. Martin Malyutin (Rusiya) və Dankan Skott (Böyük Britaniya) isə üçüncülüyü bölüşüb.


Dünya çempionatı

Kvandju (Cənubi Koreya)

Kişilər

200 m. sərbəst

Final

1. Sun Yan (Çin) - 1.44,93

2. Katsuhiro Matsumoto (Yaponiya) - 1.45,22

3. Martin Malyutin (Rusiya) - 1.45,63

3. Dankan Skott (Böyük Britaniya) - 1.45,63

5. Filippo Meqli (İtaliya) - 1.45,67

6. Klayd Lyuis (Avstraliya) - 1.45,78

7. Dominik Kozma (Macarıstan) - 1.45,90


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR