DÇ-2022-də təsnifat mərhələsinin oyunları təxirə salındı

DÇ-2022-də təsnifat mərhələsinin oyunları təxirə salındı

2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin oyunları növbəti dəfə təxirə salınıb. 

Sport7.az xəbər verir ki, bu haqda Asiya Futbol Konfederasiyası (AFC) rəsmi məlumat yayıb. Oktyabr - noyabr aylarında keçirilməsi planlaşdırılan matçlar koronavirus pandemiyasına görə 2021-ci ildə olacaq. 

Bunlar əlavə, 2023-cü ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələ matçları da təxirə düşüb. Qərar FİFA ilə məsləhətləşdikdən sonra verilib. Təxirlə salınan qarşılaşmaların tarixləri daha sonra açıqlanacaq. 

Daha əvvəl 23 - 31 mart və 1 - 9 iyunda nəzərdə tutulan Asiya zonası üzrə seçmə mərhələnin oyunları təxirə salınıb. DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR