DÇ-nin gümüş medalından imtina etdi

DÇ-nin gümüş medalından imtina etdi
DÇ-2018-ə Xorvatiya millisinin heyətində yollanan, lakin turnirdə çıxış etməyən Nikola Kaliniç gündəm olub.
 
Sport7.az xəbər verir ki, futbolçu mundialın gümüş mükafatından imtina edib. 
 
O, buna səbəb kimi oyunlarda iştirak etmədiyini göstərib: "Medala görə təşəkkürümü bildirirəm. Amma mən Rusiyada oynamadığıma görə, ondan imtina edirəm”.

Qeyd edək ki, Kaliniç Xorvatiya yığması ilə DÇ-2018-ə aparılsa da, Nigeriyanı 2:0 hesabıyla məğlub etdikləri ilk oyunun sonlarında belindəki ağrıları əsas gətirərək, komanda yoldaşının əvəzində meydana çıxmaqdan imtina etmişdi. Bu üzdən baş məşqçi Zlatko Daliç onu heyətdən çıxarmış, Nikola isə Xorvatiyaya geri qayıtmalı olmuşdu. Onun yoxluğunda isə Xorvatiya yığması finala qədər irəliləyərək yalnız həlledici oyunda Fransaya 2:4 hesabıyla uduzaraq gümüş medallarla kifayətlənmişdi.
 
Sport7.az

Xəbər lenti