DÇ-nin son günündə daha iki medal

DÇ-nin son günündə daha iki medal
Parataekvondo üzrə dünya çempionatının son günündə komandamız növbəti uğuru əldə edib.
 
Sport7.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən mundialda mübarizəyə qatılan Elimxan Manafov (K43 -75 kq) bürünc medala sahib olub. Komandanın kapitanı Nicat Müslümov (K42 -75 kq) isə gümüş medal qazanaraq yarışı ikinci pillədə başa vurdu.

İlk yarış günü Röyalə Fətəliyeva da bürünc medal qazanmışdı. Beləliklə, baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələri dünya çempionatından vətənə 1 gümüş və 2 bürünc medalla dönür.
 
Sport7.az

Xəbər lenti