DÇ tarixinin rekordçu və anti-rekordçu qapıçıları

DÇ tarixinin rekordçu və anti-rekordçu qapıçıları
İtaliyalı qolkiper Valter Zenqa, 1990-cı ildə ölkəsində təşkil olunana dünya çempionatında 517 dəqiqə göstərici ilə finallarda ən uzun müddət qol buraxmayan qapıçı ünvanına sahib olub.

Sport7.az xəbər verir ki, Bir dönəm Türkiyədə "Qaziantepspor"u çalışdırmış Zenqanın qapısını qoruduğu İtaliya həmin vaxt A qrupunda Çexslovakiya, Avstriya və ABŞ-la oyunlarda qapısını qola bağladı. 1/16 final mərhələsində Uruqvay, 1/4 finalda İrlandiya qarşısında qol "yeməyən" qapıçı yalnız Argentina ilə Napoli şəhərində keçirilən matçda Klaudio Kaniggiyanın qoluna əngəl ola bilməyib. 

Dünya çempionatlarında ən çox oyunda qol buraxmayan qapıçılar isə ingilis Peter Şiltonla, fransalı Fabien Bartez olub.

Şilton 1982/1990, Bartez 1998/2006-cı illər arasındakı yarışlarda 17 matça çıxıb, bunların 10-da meydanı qol buraxmadan tərk ediblər.

Dünya çempionatına ən çox qatılan futbolçu alman Lotar Matteusla (5) yanaşı bu rekorda şərik olan meksikalı qapıçı Antonio Karbaxal ilə Səudiyyə Ərəbistanlı Muhameed Al Deya, final mərhələlərində ən çox qol buraxan qapıçılar kimi tarixə düşüb. Karbaxal 1950/1966, Al Deya isə 1994/2002-ci illərdə ümumilikdə 25 qol buraxıb. 

Cənubi Koreyalı Duk Yunq Honq, bir yarışda ən çox qol buraxan qapıçı olub. O 1954-cü ildə İsveçrədə təşkil olunan dünya çempionatında qapısında 16 qol görüb. Bunun təkcə 7-ni Türkiyə onun qoruduğu qapıdan keçirib.  

Dünya çempionatları tarixində bir oyunda ən çox qol "yeyən" qapıçı El Salvadorli Luis Qevera Mora olub. Mora 1982-ci ildə İspaniyada Macarıstanla oynadıqları matçda qapısından 10 qol buraxıb. 10:1 hesabı ilə bitən oyun dünya çempionatlarının ən fərqli qələbə olaraq diqqət çəkib. 

Sözügedən çempionatlar tarixində bir yarışı qol buraxmadan tamamlayan yeganə qapıçı Paskal Zübelbühlerdi. 2006-cı ildə Almaniyada oynadığı 4 matçda bu uğra imza atan isveçrəli qolkiper yığması ilə birlikdə qrup oyunlarını lider kimi başa vurub. Həmin yarışın 1/16 final mərhələsində Ukrayna ilə oyunda 90 dəqiqə qapısını qolsuz saxlasa da, penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.

Sport7.az

Xəbər lenti