DÇ-yə vəsiqə qazandılar, ölkədə bayram elan edildi

DÇ-yə vəsiqə qazandılar, ölkədə bayram elan edildi
Panamada sözün həqiqi mənasında futbol bayramıdı...

Sport7.az xəbər verir ki, bugünə qədər futbolda ən böyük uğuru "Gold Cup"da ikincilik olan Panama tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə qatıldı. Panama bu uğuru Kosta-Rikanı 2:1 hesabı ilə məğlub edərək qazandı. 

Panamanın dövlət başçısı Xuan Karlos Valera bu uğura görə ölkədə bir gün milli bayram elan edib. Prezident bu haqda öz "tvitter" hesabında yazıb. 

Varelanın məsələ ilə bağlı son mesajı çıxardığı qərarın sənədini imzaladığı fotosunu paylaşması olub.

Sport7.az 

Xəbər lenti