Dabo Azərbaycanla vidalaşdı:

Dabo Azərbaycanla vidalaşdı: "Burdakı anlarımı unutmayacağam"

"Neftçi"dən ayrılan Baqali Dabo Azərbaycanla vidalaşıb. 
 
Sport7.az xəbər verir ki, 2016-cı ildən ölkəmizdə çıxış edən fransalı forvard instaqram səhifəsi vasitəsilə vida məktubu yazıb.

"Qəbələ" və "Neftçi"nin sabiq üzvü Azərbaycana minnətdarlığını bildirib: "Təşəkkürlər, Azərbaycan. Geridə qalan 4 il ərzində yaşadığım buradakı anlarımı heç vaxt unutmayacağam və hər şeyin ən yaxşısını diləyirəm. Bilirəm ki, Azərbaycan gələcəkdə daha da inkişaf edəcək. Bir daha təşəkkür edirəm".

Dabo 2 il "Qəbələ"nin, 2 il isə "Neftçi"nin formasını geyinib. 32 yaşlı oyunçu karyerasını Kipr klubu "Apollon"da davam etdirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR