Dadaşlinski bu dəfə Elxan Məmmədovu rəsmən efirə çağırdı (VİDEO)

Dadaşlinski bu dəfə Elxan Məmmədovu rəsmən efirə çağırdı (VİDEO)

AFFA İctimai Televiziyada yayımlanan "3 D" verilişində qurumun baş katibi Elxan Məmmədova replika atılmasına ötən gün münasibət bildirmişdi.

Sport7.az xəbər verir ki, Federasiyanın Mətbuat və İctimaiyyətlə Ələqalər Şöbəsinin rəhbəri Firuz Abdulla Fanat.Az-a açıqlamasında Dadaş Dadaşlinskinin baş katibi verilişə rəsmən dəvət etmədiyni söyləmişdi. 
 
Hələ də Məmmədovla bağlı axtarışlarını davam etdirən Dadaşlinski bu dəfə quruma rəsmi müraciət ünvanlayıb. Son verilişində qonaq kimi ANS-in sabiq aparıcısı Kənan Hakimovu dəvət edən Dadaş bəy sonda üzünü AFFA-ya tutaraq Elxan Məmmədovu rəsmən İctimai Televiziyanın efirinə dəvət edib.

Dadaşlinski ilk dəfə futbolçu Vaqif Cavadov verilişin qonağı olarkən Elxan Məmmədovla bağlı sual vermişdi. Daha sonra isə onunla görüşmək istəyən Əziz adlı şəxsə baş katibi verilişə gətirməyə razı salacağı halda onu qəbul edəcəyini bilirib. Sonda ssenariyə uyğun olaraq AFFA-nın binası qarşısında Elxan Məmmədovu gözləyən Əzizi "maşın vurmuşdu".

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR