Dadaşovdan qol, komandasından qələbə

Dadaşovdan qol, komandasından qələbə

Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 19-cu turun oyunları keçirilib.
 
Sport7.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen” də növbəti matçına çıxıb. Doğma meydanda "Maqdeburq”la üz-üzə gələn futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Rüfət start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da millimizin forvardı vurub. 36-cı dəqiqədə fərqlənən Dadaşov cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

Münster klubu 19 turdan sonra 16 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR