Daha 2 Azərbaycan klubu dağılır

Daha 2 Azərbaycan klubu dağılır

Topaz Premyer Liqasında oynamaq üçün çətinliklə 8 komanda tapan AFFA I divizionu təşkil etməkdə də problem yaşayır. Maddi problemlər üzündən bir neçə komanda fəaliyyətini dayandırmaq üzrədi. Onlardan ikisinin adı artıq dəqiqləşib.
 
Sport7.az xəbər verir ki, dağılması gözlənilən hər iki komanda bölgə təmsilçisidi. Ardıcıl 2 il divizionda çempion olmasına baxmayaraq, elitada oynamaq üçün lisenziya tələblərini yerinə yetirə bilməyən "Neftçala”, eləcə də aşağı liqada gün keçirməklə məşğul olan "Şəmkir” gələn mövsüm mövcud olmayacaq. Bu klubların yaşaması üçün maddi dəstək göstərən AFFA artıq onlardan üz döndərib. Yerli icra hakimiyyətləri yardım etməsə, hər iki komanda "klub qəbirastanlığı”nın növbəti sakinləri olacaq.
 
İcraiyyə Komitəsinin son qərarlarına uyğun olaraq, AFFA bundan sonra əsas diqqəti digər klublara yönəldəcək. Assosiasiyanın əvvəllər də yardım etdiyi 3 bölgə klubu bundan sonra daha çox diqqət görəcək. "Turan Tovuz”, "Zaqatala” və "Mil Muğan”a yardım artırılacaq, onların lisenziya tələblərinə cavab verməsi üçün bütün tədbirlər görüləcək. Bu addım onların növbəti çempionatda Premyer Liqaya tam hazır gəlməsinə hesablanıb.
 
"Neftçala” və "Şəmkir”dən üz döndərilməsinin səbəbi onların lisenziya tələblərinin həlli istiqamətində çoxlu problemlərinin olmasıdı. İndi bu komandalar ya dağılacaq, ya da yerli icra hakimiyyətlərinin və ya hansısa iş adamının sponsorluğu hesabına yaşayacaq. "Şəmkir”in yaşaması üçün ümidlər olsa da, "Neftçala”nın sıradan çıxdığını indidən demək olar. Çünki futbolçulara özlərinə klub tapması haqda göstəriş verilib. 

(futbolinfo.az)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR