"Daha "Barselona"nı çalışdırmayacağam"

İspaniyada TV 3 kanalına açıqlama verən Pep Qvardiola sabiq komandası "Barselona" ilə bağlı maraqlı fikirlər səsləndirib.

Sport7.az xəbər verir ki, o "Mən də, komanda da eyni deyil" deyərək bir daha "Barselona"nı çalışdırmayacağını söyləyib. 

2008-ci ildə "Barselona"nın başına ən yaxşı yaşlarında keçdiyini bildirən 47 yaşlı mütəxəssis "Dünyanın zirvəsindəydim, bəzi futbolçular və gənc prezidentlə (Xuan Laporta) ilə orda qaldıq. O dönəmdə amansız futbolçuların olduğu sivlizasiyada, dünyanın ən yaxşı futbolçusu Messi də bizimlə idi" deyib. 

"Barselona"ya prezident kimi dönməklə bağlı suala Qvardiola "Prezident? Xeyr mən baş məşqçiyəm və görüyüm işdə yaxşıyam. Hər şeyi edə bilməzsiz. Baş məşqçiliyi buraxdığımda məni qolf oynayarkən tapa bilərsiz" açıqlamasaını verib.

Çempionlar Liqasını qazanmasa belə "Barselona"nı mövsümün ən yaxşı komandası kimi qələmə verən Pep, Messini də ayrıca tərifləyib. O argentinalı superulduza tayı-bərabəri olmayan bir futbolçu deyib "Messi ilə danışmağa davam edirəm. Meydançada şikayət etmir, ancaq xoşuna gəlməyən şeyləri söyləyir. Meydandan kənarda isə çox səssizdi".

Sport7.az

Xəbər lenti