Daha bir Azərbaycan təmsilçisi boksda ilk əngəli keçdi

Daha bir Azərbaycan təmsilçisi boksda ilk əngəli keçdi

Boks üzrə milli komandamızın üzvü Lorenso Sotomayor (64 kq) Avropa Oyunlarında ilk görüşünü qələbə ilə başa vurub.

Sport7.az xəbər verir ki, milliləşdirilmiş kubalı boksçu 1/16 final mərhələsində sloveniyalı Edin Seydinoviçi məğlub edib - 3:0 (30:26, 30:26, 30:24). 

Sotomayor 1/8 final mərhələsində Moldova nümayəndəsi Dmitri Qalaqotla üz-üzə gələcək. Qalaqot 2013-cü ildə Minskdə keçirilən Avropa çempionatında gümüş medala layiq görülüb. Sotomayor - Qalaqot qarşılaşması iyunun 21-də keçiriləcək.

Qeyd edək ki, Lorenso Sotomayordan əvvəl bu gün Teymur Məmmədov qalib gələrək adını növbəti mərhələyə yazdırmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR