Daha bir boksçumuz yarımfinalda

Daha bir boksçumuz yarımfinalda

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında çıxış edən Azərbaycan millisinin daha bir boksçusu 1/4 final görüşünü keçirib.
 
Sport7.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominges növbəti döyüşdə qüvvəsini sınayıb.

O, yarımfinala vəsiqə uğrunda belçikalı Ziad El Mohorla qarşılaşıb. "Ureçye Arena”da keçirdiyi əvvəlki iki görüşdə qalib gələn Dominges bu dəfə də rinqdən qələbə ilə ayrılıb. O, rəqibini 5:0 hesabı ilə yenib.

Boksçumuz yarımfinalda Matuş Strniskonu (Slovakiya) 5:0 hesabı ilə məğlub edən Simone Fiori (İtaliya) ilə qarşılaşacaq. Bu qarşılaşma iyunun 28-də baş tutacaq.

Dominqes yarımfinala yüksələn ikinci boksçumuzdur. Ona qədər Lorenzo Sotomayor (69 kq) Avropa Oyunlarının mükafatını təmin edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR