Daha bir əcnəbi “Neftçi”dən ayrılmaq istəyir

Daha bir əcnəbi “Neftçi”dən ayrılmaq istəyir
"Neftçi”dəki vəziyyətin ürəkaçan olmaması daha bir legionerin klubdan ayrılmaq istəməsinə səbəb olub.

Sport7.az xəbər verir ki, "ağ-qaralar”ın çexiyalı müdafiəçisi Pavel Dreksa milli komandalarımızın oyunu ərəfəsində ölkəsinin mətbuata açıqlamasında belə deyib.

Sitat: "Mövsümün əvvəlindən bəri sayca 3-cü məşqçinin rəhbərliyi altında çalışıram. Vəziyyət elə də yaxşı deyil, amma çalışmalıyıq ki, onu düzəldək. Yeni məşqçinin gəlişindən iki oyun sonra qələbə qazandıq.

Yayda köhnə məşqçimiz mənimlə müqavilənin uzadılmasında maraqlı idi. İndi hər şey sual altındadı. Karyeramı "Neftçi”də davam etdirəcəyimdən tam əmin deyiləm”.

Sport7.az

Xəbər lenti