Daha bir futbolçu

Daha bir futbolçu "Xəzər Lənkəran"dan ayrıldı

"Xəzər Lənkəran" daha bir futbolçu ilə yollarını ayırıb. Belə ki, komandanın aparıcı futbolçusu Elnur Abdullayev "ağ-yaşıllar"ı tərk edib. 

Sport7.az xəbər verir ki, bu barədə Sportnet.az saytına futbolçunun özü məlumat verib. 

O bildirib ki, bu gün klub rəhbərliyi ilə görüşüb və komandadan ayrılıb: "Klub rəhbərliyi ilə görüşdüm və yollarımızı ayırdıq. Daha doğrusu, onlar mənə yeni müqavilə təklif etmədilər. Dedilər ki, artıq klubda gəncləşdirmə siyasəti aparırıq".

Qeyd edək ki, bunadək "Xəzər Lənkəran"ın düşərgəsindən makedoniyalı Deyan Blajevski və bolqarıstanlı Qalin İvanov tərk edib. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR