Daha bir futbolçu

Daha bir futbolçu "Sumqayıt"dan ayrıla bilər

"Sumqayıt"dan heç kim mənimlə əlaqə saxlamayıb. Klubla müqaviləm bitib".

Bu fikirləri "Report"a açıqlamasında son olaraq "Sumqayıt"da çıxış edən futbolçu Amil Yunanov deyib. 

27 yaşlı hücumçu karyerası ilə bağlı qeyri-müəyyənliyin olduğunu bildirib. Yunanov başqa təkliflərinin də olmadığını etiraf edib: "Hazırda heç nə bilmirəm. Sadəcə gözləyirəm. Nə xeyirlidirsə, o da olacaq".

Daha əvvəl "Sumqayıt"ın futbolçularından Şəhriyar Əliyev "Keşlə"yə, Elvin Cəfərquliyev "Qarabağ"a keçib, Mehdi Şərifi isə İrana qayıdıb. 

Qeyd edək ki, Amil Yunanov 2015 - 2018-ci illərdə və 2019/2020 mövsümündə "Sumqayıt"da oynayıb. Komanda vaxtından əvvəl başa çatdırılan mövsümü 4-cü sırada bitirib və Avropa Liqasına vəsiqə qazanıb. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR